Ana Sayfa > Ölkə > Səmərəli görüş

Səmərəli görüş


11-02-2023, 16:25. Yazar: sevinc1
Səmərəli görüş

Gənclər və İdman Naziri Fərid Qayıbov Lənkəranda təhsil alan tələbələrlə görüşüb. Görüş Lənkəran Dövlət Universitetinin Böyük akt zalında baş tutub. Universitetin, onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar Texnoloji Kollecin, eləcə Lənkəran Tibb Kollecin tələbələrinin iştirak etdiyi görüşü açan Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, professor, şəhid atası Kamran Kazımov rəhbərlik, müəllim-tələbə heyəti adından naziri salamlayıb və vaxt ayırıb təhsil ocağına gəldiyi üçün təşəkkür edib, görüşün gənclər üçün faydalı olacağını deyib.

Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların fəaliyyətləri, uğurları, təklif və arzularını öyrənib, eləcə Nazirliyin regionlarda yaşayan gənclər üçün layihələri barədə söz aşıb, gəncləri açıq və səmimi dialoqa çağırıb. Rayon Gənclər və İdman İdarəsi ilə təhsil ocaqların tələbə-gənclər təşkilatı arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə cəlb edilməsi ,onların asudə vaxtlarının təşkili, idman sahəsində işlərin görülməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə tələbələri düşündürən suallara da ətraflı cavab verilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Geri dön