Ana Sayfa > Özəl > Binəqədi rayon Sukanal İdarəsi baş vermiş hansı qəzanın nətcələrini aradan qaldıra bilmir?
Binəqədi rayon Sukanal İdarəsi baş vermiş hansı qəzanın nətcələrini aradan qaldıra bilmir?10-02-2023, 14:30. Yazar: sevinc1 |
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində, 3-cü mədən adlanan ərazidə yerləşən məhəllələrdən birinə artıq 5 gündür ki, içməli suyun verilişi dayandırılıb. Təxminən 20-25 həyət evindən ibarət olan bu məhəllə keçən il açılışına Ölkə Prezidenti cənab İlham Əliyevin gəldiyi 335 nömrəli tam orta məktəbin bilavasitə yaxınlığında yerləşir. Sakinlərdən aldığımız məlumatda bildirilir ki, bu hal baş verdikdən sonra keçən ilk 2-3 gün ərzində həyətlərdə olan çənlərə yığılan su ehtiyatları da tamamilə tükədilib və son günlər suya olan tələbat yalnız mağazalardan alınan 5 və 10 litrlik tutumlarla təmin olunur. Əlbəttə, bilavasitə içməli suya olan tələbatı bu yolla bir müddət yola vermək olar. Amma məsələ bundadır ki, su həm də sanitar-gigiyenik tələblərin təmin olunması üçün nəzərdə tutulub. Paltar yumaq, çimmək və nəhayət (ən vacibi!) sanitar qovşaqlarını təmiz saxlamaq üçün də məhz su tələb olunur. Yəqin ki, Binəqədi rayon Sukanal İdarəsində də bunları bilirlər. Amma nədənsə idarənin əməkdaşları sakinlərin problemlə bağlı bu quruma etdikləri müraciətlərinə də sadəcə “qəza baş verib”, - deyə cavab verməklə kifayətlənirlər. Çox maraqlıdır, görəsən bu hansı bir qlobal miqyasda qəzadır ki, nəticə olaraq yalnız nisbətən kiçik bir məhəllənin suyu kəsilib və Binəqədi rayon Sukanal İdarəsi də bu qəzanın nəticələrini artıq 6-cı gündür ki, aradan qaldıra bilmir..? aia.az Geri dön |