Ana Sayfa > Ölkə > "Ehtiyat avtobuslarımız sərhəddə vətəndaşlarımızı gözləyir"

"Ehtiyat avtobuslarımız sərhəddə vətəndaşlarımızı gözləyir"


10-02-2023, 12:38. Yazar: sevinc1
"Ehtiyat avtobuslarımız sərhəddə vətəndaşlarımızı gözləyir"

"Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam etdirilir".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, AYNA-nın ehtiyat avtobusları ilə vətəndaşlarımız ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırılır.

"Bu, 7-ci reys idi. İndiyə qədər 310 vətəndaşımız Bakıya çatdırılıb. Hazırda daha bir avtobusumuz yoldadır, onunla 20 nəfər gətirilir. Ehtiyat avtobuslarımız Gürcüstan-Azərbaycan sərhədində vətəndaşlarımızı gözləyir".

aia.az
Geri dön