Ana Sayfa > Özəl > “ Heydər Əliyev ili” çərçivəsində tədbir
“ Heydər Əliyev ili” çərçivəsində tədbir10-02-2023, 11:35. Yazar: sevinc1 |
Dövlət başçısı İlham Əliyevin hazırda yaşadığımız ili Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə “ Heydər Əliyev ili” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, Masallıda da böyük razılıqla qarşılanıb. Məhz rayonda bir-birini əvəzləyən mədəni-kütləvi tədbirlər Ulu Öndərə xalq məhəbbətindən irəli gəlir. Belə tədbirlərdən biri bu günlər Masallı Tarix- Diyarşünaslıq muzeyində baş tutdu. Belə ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və Masallı Tarix-Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı sayəsində “Heydər Əliyev ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar ”Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” adlı tədbir iştirakçılarda maraq yaratdı. Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirin qiriş sözünü Masallı Tarix- Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının sədri, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva söylədi. O, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, hökm sürən hərc-mərclikdən, Ulu Öndərin xilaskarlıq missiyasından danışdı, onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı tariximizin, bərpa edilmiş müstəqil Azərbaycanımızın yeni bir dövrünün əsasını qoydu. Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə etdi:- Dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi, müstəqilliyi bir qrup naşı siyasətbazların əlindən xilas olundu . Bu, Böyük İnsanın hakimiyyətə yeni qayıdışı ölkəmizdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıldı, xarici düşmənlərin və onların daxildəki əl altıların Azərbaycanı parçalayıb yox etmək planı puça çıxdı. Eyni zamanda onun apardığı qadın siyasətinin nəticəsində beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu, nüfuzu yüksəldi. Bu gün isə respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Yeni Azərbaycan Partiyasını veteranları Mina Quliyeva, Sevil Ağammədova, gənc fəallardan Elanora Babayeva, Əsmər Əliyeva çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikası ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçməklə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bütün bunlara görə bir daha aydın olur ki, Ulu Öndərin qoyduğu yolun alternativi yoxdur. Hazırki Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş qalib ölkədir. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |