Ana Sayfa > Seçilənlər-5 > "Qapını açanda gördüm ki, anam nişanlımın qoynundadır..."

"Qapını açanda gördüm ki, anam nişanlımın qoynundadır..."


28-06-2016, 16:26. Yazar: admin
"Qapını açanda gördüm ki, anam nişanlımın qoynundadır..."

O, bizim məktəbə 7-ci sinifdə gəlmişdi. Gəldiyi ilk gündən də hamımızla isinmişdi, mehriban oldu. Siniflə keçirdiyimiz bütün tədbirlərdə, yay tətillərində getdiyimiz bütün səfərlərdə fəallıq edirdi. Qısa zamanda sinfin həm oğlanları, həm də qızları ilə yaxınlaşmışdı. Hətta illərlə bizimlə bir yerdə oxuyan yoldaşlarımızın çoxundan daha yaxın olmuşdu.

Sinifdəki bəzi oğlanlar ara-sıra qızlara söz də atırdılar:

-Neçə ildir, sizinlə oxuyuruq, hələ bir bazar bizimlə görüşüb kəlmə kəsməmisiniz, amma hər həftəsonu Elxanla bulvardasınız. Bizi ona bilmədiyimiz bir səbəb bağlayırdı. Özümüz də hiss etmədən sinfin demək olar ki, bütün qızları onu çox istəyir, ondan ötrü darıxırdıq. Elxan həm dərslərini yaxşı oxuyur, həm də öz mehribanlığı və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilirdi. Bu mehribanlıq zaman keçdikcə qəribə bir doğmalığa dönürdü. Onda hələ sevginin dadını bilmir, bir oğlana könül verməyin nə demək olduğunu anlamırdıq… Nə az, nə çox, düz dörd il bir sinifdə oxuduq. Bu dörd ildə aramıza təzə gələnlər də çox olmuşdu, gedib başqa şəhərlərdə, başqa məktəblərdə oxuyanlar da.

Elxan isə ildən-ilə sinif yoldaşlarımızın arasında daha çox hörmət qazanmış, daha da çox parlamışdı. Universitetə hazırlaşmağa başlayanda onunla bir repetitorun yanına gedirdik. Sözləşib hazırlıq vaxtımızı da bir saata salmışdıq. Məktəbə də, hazırlığa da birlikdə gedir, birlikdə qayıdırdıq. Universitetə hazırlığın ən qızğın vaxtında bizim ailəmiz də böyük bir skandal oldu. Anam atamın telefonunda bir qadın mesajı tutmuşdu: -Yatmamışam, səni gözləyirəm… Artıq ox yaydan çıxmışdı. Bütün qohum-əqrəba tökülüşüb anamı sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Qərar qəti idi: O ayrılmaq istəyirdi. Hətta mənim bu həyəcanlı vaxtımda hər şeyin alt-üst olacağı qorxusu belə yox idi onda.

O, qəti fikrini bildirdi və atamla ayrılmaq qərarına gəldi. Ağır günlərdə Elxan mənə çox dəstək oldu. Universitetə hazırlaşmaq fikrindən daşınmaq istədiyimi eşidəndə mənimlə ciddi söhbət elədi, məni yenidən həyata mübarizəyə qaytardı. Beləliklə, yenidən toparlanıb təhsil almaq fikrimi qətiləşdirdim… Həftələr, aylar keçdi. Biz son zəng hazırlığına başladıq. O dövrdə də pal-paltar almağa Elxanla birlikdə getdik, onun bəyəndiyi paltarı seçdim, o da mən bəyəndiyim paltarı. Lap uzun illərin ər-arvadı kimi. Son zəng günü qızların ən gözəli mən, oğlanların ən yaraşıqlısı o idi. Sevincimiz yerə-göyə sığmırdı. Biz orta məktəbi bitirib həyata atılır, universitetə qəbul olub peşə sahibi olmağa tələsirdik. Tədbirimizin şirin yerində Elxan məni bir kəınara çəkib ürəyini açdı: -Dörd ildir bir sinifdə oxuyuruq. Bu illər ərzində sənə sevgim-məhəbbətim dama-dama göl olub. Səni əvvəl bir sinif yoldaşı kimi çox istəmişəm, sonra bir dost kimi. İndi isə bu əlamətdar gündə hiss etdiklərimi dilə gətirmək istəyirəm. Elxan danışdıqca ürəyim ağzıma gəlir, qulaqlarıma kimi qızarırdım. Onun dediyi sözlərin arasındakı nəfəs dərmələr bir il qədər uzun gəlirdi mənə:

-Bilirsən, açığı mənim səndən xoşum gəlir. Sənin gözəlliyin, tərbiyən, əxlaqın məni heyran edib. İstəyirəm anama gəlin olasan. Ürəyim köksümə sıxmırdı. Əlim-ayağım od tutub yanır, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Elxan cavabımı gözləmədən məni öpdü. Beləcə, mən ilk öpüşün dadını duyub ilk məhəbbətin sevincini yaşadım. Eıxanın boynuna sarılıb onun sevgilisi olmağa, onunla evlənməyə razılıq verdim. Hər ikimiz universitetə yüksək nəticələrlə qəbul olunduq. Ballarımız arasında çox fərq yox idi. İkimiz də eyni universitetin eyni fakültəsini yazdıq. Yayda da nişanımız oldu. Nişandan sonra Elxan bizim evin əziz qonağına çevrilmişdi. Demək olar ki, hər gün bizə gəlir, atam gedəndən sonra kişisiz qalan ocağımıza kişi nəfəsi gətirirdi. Bir-iki gün gəlməyəndə anam özü zəng eləyib onu çağırır, gözəl yeməklər bişirir, başına pərvanə olurdu. Onların arasındakı mehribanlığı görüb bəzən zarafat da edirdim: - Bahoo, mamam heç məni bu qədər əzizləmir. Elxanla anam gülüşürdülər:

-Nədi, paxıllıq eləyirsən? Elxan universitetdə birinci növbə, mən ikinci növbə oxuyurdum. Bəzən elə olurdu ki, Elxan dərsdən çıxıb bizə gedirdi. Mən evə gedəndə o, bizdə olurdu. Artıq dərsdən çıxıb onu bizdə görməyə öyrəncəli idim… Bir dəfə elə oldu ki, axırıncı dərsimiz boş oldu, mən xəbər-ətər eləməmiş evə gəldim. Qapının zəngini basdım, qapını üzümə çox gec açdılar. Evə girən kimi Elxan da, anam da məni sorğu-suala tutdular:

- Niyə tez gəldin, Bəs qayib yazılmazmı? Heç olmasa, bizə xəbər eləyərdin… Onların üz-gözünün qıpqırmızı qızarması məni şübhələndirmişdi, amma ağlıma gələn fikirləri şeytan dürtməsi bilib özümdən uzaqlaşdırmaq istəyirdim:

- Deyəsən, mənim gəlməyimi istəmirdiniz, geri qayıda bilərəm, problem yoxdur. Elxanla anam mənim ikibaşlı sözüm qarşısında bir neçə saniyəlik özlərini itirdilər. Anam tez-tələsik məni qabaqlamaq istədi:

-Yaxşı, yaxşı, dədən kimi hər sözdən söz çıxartma. Biz narahat olduq. Dedik, birdən icazəsiz gələrsən, qayib yazarlar sənə. Mısmırıq sallama, gəl çörəyini ye! O gündən sonra bütün beynim qarışdı. Qara-qura şübhələri özümdən qovmaq istədikcə onlar daha çox gəlirdilər üstümə. Bir gün qərarımı qətiləşdirdim: Onları yoxlamalıydım! Evin açarının surətini çıxardım. Elxanla universitetin qabağında həmişəki vaxtda-o, dərsdən çıxanda, mən dərsə gedəndə görüşdük.

- Bizə gedirsən?

-Hə, sən nə vaxt gələcəksən?

- Bu gün dərsdən çıxanda qızlarla bir az gəzişmək istəyirik. Sən get otur bizdə, mən axşam gələcəm. Yaxşı, danışdıq… Birinci dərsdən sonra evimizə getdim. Yavaş-yavaş hiss elətdirmədən, çox sakitcə qapımızı açdım. Nə qonaq otağnda, nə mətbəxdə heç kim yox idi. Barmaqlarımın ucunda yataq otağına tərəf getdim. Yataq otağından sevişmə səsləri gəlirdi. Dünya başıma dar olurdu, gördüklərimin yuxu olması üçün nələrdən keçməzdim. Qapını yavaşca araladım. Anam nişanlımın qoynunda xumarlanırdı…

Uzun müddət müalicə aldım. Universitetdə təhsilimi bir illik dondurdum. Atam nə qədər xahiş etsə də, ona nə nişanımın qayıtma səbəbini nə də anamla yaşamaqdan niyə imtina etdiyimi demədim. Heç onunla da yaşamağa razılıq vermədim. İndi tələbə qızlarla kirayədə qalırıq. Təhsilimə yenidən başlamışam. Eyni zamanda, bir nəşriyyatda korrektor kimi çalışıram. Özüm özümə söz vermişəm: Həyatda hər şeyin ola biləcəyinə özümü inadırmalı və yenidən yaşamağa, yenidən həyat atılmağa hazır olmalıyam!
Geri dön