Ana Sayfa > Dünya > Blinken:
Blinken:9-02-2023, 09:22. Yazar: sevinc1 |
Birləşmiş Ştatlar iyulda Litvanın paytaxtında alyansın zirvə toplantısına qədər Finlandiya və İsveçin NATO-ya üzv olmasına çalışır. Bu barədə çərşənbə günü Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunu üzrə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Əlbəttə, biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasına diqqət yetiririk. Onlar Alyansın prinsiplərinə sadiq olan güclü demokratik ölkələrdir. Biz iyulda Vilnüs sammitinə doğru irəlilədikcə prosesi yekunlaşdırmağa çalışacağıq”, - Amerika diplomatiyasının rəhbəri bildirib. Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. aia.az Geri dön |