Ana Sayfa > Gündəm > Növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü

Növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü


8-02-2023, 10:28. Yazar: sevinc1
Növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

aia.az xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

aia.az
Geri dön