Ana Sayfa > Dünya > ŞOK: Maykl Ceksonun villasından uşaq pornoları çıxdı - FOTOLAR

ŞOK: Maykl Ceksonun villasından uşaq pornoları çıxdı - FOTOLAR


28-06-2016, 16:13. Yazar: admin



Dünya pop-musiqisinin kralı, mərhum Maykl Ceksonun "Neverlend" rançosunda 2003-cü ildə aparılmış polis axtarışının sonucları ilə bağlı məlumatlar yayılmağa davam edir.

myBaku.az ABC-yə istinadən bildirir ki, Santa-Barbara dairə prokuroru və Şerif Departamentinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rançoda Ceksonun yataq otağının arxasındakı "məxfi otaq"da zəngin kolleksiya aşkarlanıb. Kolleksiyada uşaqlar, qocalar və heyvanların sadist, pornoqrafik fotoları, rəsmləri ilə yanaşı, oyuncaqlar da vardı.

Əşyalar arasında "Evdə tək" filmlərinin ulduzu Makoley Kalkinin "Məni evdə tək qoyma" yazdığı fotoları da var.
Polisdən verilən məlumata görə, kolleksiyada Vilhelm fon Qlodenin 19-cu əsrin sonlarında çəkdiyi, yeniyetmə oğlanların çılpaq görüntülərinin əks olunduğu fotolar xüsusi yer tutur.

"Maykl Ceksonun kolleksiyasındakı foto və rəsmlərdə uşaqlara işgəncələr verilməsi, böyük və uşaqların çılpaq vəziyyətləri, sadomazoxistlik hallarının əks olunduğu səhnələr həddən ziyadədir", - polisin hesabatında deyilir.









Geri dön