Ana Sayfa > Özəl > Türkiyənin Gəncədəki Baş Konsulluğunda zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb
Türkiyənin Gəncədəki Baş Konsulluğunda zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb7-02-2023, 18:59. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvü Müşfiq Cəfərov, "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin sədri Hüseyn Büyükfırat, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, sadə gəncəlilər Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüb, həlak olanların ruhuna dualar oxuyublar. İcra başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, Konsulluqdakı "xatirə kitabı"nı imzalayıb. Şəhər rəhbəri bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Xatırladaq ki, ziyarət gün boyu davam edib. Qardaş Türk xalqına dəstək ifadə etmək naminə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasına Türkiyə və Azərbaycanın bayraqları asılıb. Azər Tağızadə Geri dön |