Ana Sayfa > Özəl > Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir

Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir


7-02-2023, 14:42. Yazar: sevinc1
Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək və həmçinin geniş tərkibdə görüşü olub. Daha sonra hər iki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya Prezidentinin də səfərində enerji daşıyıcıları məsələsi və digər vacib istiqamətlər gündəmdə olub. Artıq ölkələr arasında münasibətlərin xarakterinə uyğun sənədlər imzalanıb. Sözsüz ki, bu günə qədər də hər iki ölkə bir sıra beynəlxalq tədbirlərdə bir-birinin maraqlarını ifadə edən mövqe ortaya qoyub. Bu baxımdan Bakıda keçirilən vacib enerji tədbirində Rumıniya prezidentinin iştırakı iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafı üçün yeni istiqamətlər açacaq. Hazırda Azərbaycanla Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu baxımdan münasibətlərin hazırkı səviyyəsində aparılan danışıqlar sözsüz ki, hər iki ölkənin maraqlarına cavab verir. Artıq bu münasibətlərin xarakterinin ifadəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Eyni zamanda iqtisadi əlaqələrdə də vacib irəliləyişə nail olunub. Dövlətlərin ticarət dövriyyəsinin şaxələndirilməsi üçün atacağı əlavə addımlar bu sahədə mühüm irəliləyişə səbəb olacağı gözləniləndir. Sözsüz ki, bu gün energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrində deyil, bütövlükdə dünya gündəliyinin mərkəzində olan vacib məsələ kimi önə çıxır. Rumıniyaya daha çox Azərbaycandan neft məhsulları ixrac edilir.
Digər vacib enerji məhsullarının da bu ölkəyə çatdırılması mümkün olacaq. Bu xüsusda təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək. Bununla da artıq Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatmış olacaq. Eyni zamanda Rumıniya vasitəsi ilə digər Avropa ölkələrinə də Azərbaycan qazının nəqli reallaşacaq. Rumıniya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilmişdir. Rəsmi Buxarestin Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin strateji müttəfiqliyi dönməz xarakter daşımaqla, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi amillərdən biri də Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Rumıniyanın belə bir qərar qəbul etməsi müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Rumıniyanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan-Rumıniya əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları güclənmişdir.
Ölkələrimiz arasında mövcud olan münasibətlər və bunun dinamik inkişafı belə bir proqnozdan çıxış etməyə əsas verir ki, Azərbaycan-Rumıniya əlaqələri yaxın gələcəkdə daha da yüksək olacaq. Bu isə ölkələrimizdə demokratik inkişafa, sosial-iqtisadi tərəqqiyə təkan verəcəkdir. İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və bu imkanlardan geniş çəkildə istifadə edilərək iqtisadi mənfəət əldə edilməsi nəzərdə tutulub.  Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov

Geri dön