Ana Sayfa > Gündəm > Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda əməliyyatlara cəlb edilib
Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda əməliyyatlara cəlb edilib7-02-2023, 10:40. Yazar: sevinc1 |
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. “Report” xəbər verir ki, səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar. Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib. aia.az Geri dön |