Ana Sayfa > Seçki 2024 > Azad olunmuş ərazilərdə yenidən quruculuq və bərpaetmə işlərində Ədliyyə Nazirliyinin rolu

Azad olunmuş ərazilərdə yenidən quruculuq və bərpaetmə işlərində Ədliyyə Nazirliyinin rolu


6-02-2023, 14:42. Yazar: sevinc1
Azad olunmuş ərazilərdə yenidən quruculuq və bərpaetmə işlərində Ədliyyə Nazirliyinin rolu

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — ədliyyə sisteminin tənzimlənməsi, dövlət ittihamçısına nəzarət, hüquq sisteminin və ictimai asayişin qorunması və qanun islahatlarının aparılması məsələləri ilə məşğul olan dövlət qurumudur.

1918-ci il may ayının 28-də — Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Uluöndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Nazirlik, hüquqi ekspertiza, mühasibat uçotu və hüquqi aktların dövlət qeydiyyatı ilə ədliyyə sahəsində dövlət siyasətini və idarəetməsini idarə edir. Qanunvericiliyin hazırlanmasında, qanunların hazırlanmasında, hüquqi akt layihələri ilə bağlı təkliflərin hazırlanmasında və hüquqi maarifləndirmədə iştirak edir. Nazirlik hüquqi şəxslərin dövlət qeydiyyatına, nəşrlərin reyestrinin aparılmasına da nəzarət edir. Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, övladlığa götürmə, sənədlərin leqallaşdırılması ilə bağlı dövlətlərarası məsələlər də nazirliyin fəaliyyət dairəsinə aiddir. Bundan əlavə, agentlik məhkəmə qərarlarının icrası, məhkəmələrin təşkilati təminatı, məhkəmə məlumatlarının toplanması və qeyri-kommersiya təşkilatlarına veriləcək qrant müqavilələrinin qeydiyyatından məsuldur. Nazirliyə hazırda 2000-ci ilin aprelində təyin olunmuş Fikrət Məmmədov rəhbərlik edir.

Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildə Şuşa şəhərində keçirilmiş məhkəmə-hüquq islahatlarının mütərrəqi nəticələrinə dair konfransda ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı vəzifələr müzakirə olunmuş, tədbirlər müəyyən edilmişdir.

Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir.

İctimai tələbatlığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsi ilə son dövrdə aparılmış yüzlərlə notariat hərəkəti məhz həmin ərazilərdən müraciət edən vətəndaşları əhatə etmişdir.

“Smart city/Smart village” konsepsiyasına uyğun olaraq yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndində də müasir xidmətlərin təşkili nazirliyinin diqqət mərkəzindədir.

11 avqust 2021-ci ildə ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstərmişlər.

Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.

Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunan xidmətlər əhalinin ehtiyaclarından irəli gələrək onların gündəlik həyatlarında zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat əməliyyatlarını əhatə edir.

Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin hüquqi maarifləndirilmə işi aparılmaqla müasir xidmət üsulları barədə vətəndaşlara məlumatlar verilib, onları maraqlandıran məsələlər üzrə zəruri hüquqi yardım göstərilib, xidmət prosedurları və bu sahədə tətbiq elektron resurslar və innovativ həllər haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Ədliyyə xidmətlərinən heç bir yerə getmədən və sənəd toplamadan yararlanması imkanları Zəngilan rayonunun Ağalı kənd sakinləri arasında böyük rəğbətlə qarşılanmışdır.

Zərinə Hümbətova,
ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü

Geri dön