Ana Sayfa > Özəl > Strateji tərəfdaş
Strateji tərəfdaş6-02-2023, 12:29. Yazar: sevinc1 |
Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır. Bu gün energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrində deyil, bütövlükdə dünya gündəminin mərkəzində olan vacib məsələ kimi önə çıxır. Rumıniyaya daha çox Azərbaycandan neft məhsulları ixrac edilməsinə baxmayaraq digər vacib enerji məhsullarının da bu ölkəyə çatdırılması mümkün olacaqdı. Buna əsasən təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanan saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək. Bununla da artıq Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatmış olacaq. Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinə və Rumıniyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakına dair fikir mübadiləsi aparılıb. Bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu, irimiqyaslı layihə olan Orta Dəhliz layihəsinin mühüm logistika və tranzit üstünlükləri qeyd edilib. Strateji Tərəfdaşlığın tərəflər arasında ikitərəfli əlaqələrin səmərəliliyinin artırılmasına yönəlmiş dinamik proses olduğunu qəbul edə bilərik. Azərbaycan və Ruminiya arasında enerji sahəsində əməkdaşlığını müəyyən məqamlarda göstərmək olar. Cənub Qaz Dəhlizinin yaradılmasının dəstəklənməsi üçün əməkdaşlıq etmək, Cənub Qaz dəhlizinin vacib komponenti olan və Avropa enerji təhlükəsizliyinə mühüm töhfə olan AGRİ layihəsini təşviq etmək, AGRİ layihəsinin iqtisadi-elmi əsaslandırılmasının hazırlanmasının sürətləndirilməsində əməkdaşlıq etmək, həmçinin AGRİ layihəsi üçün lazım olan maliyyə mənbələrinin müəyyən edilməsi və cəlb edilməsində AGRİ LNG Konsorsiumuna yardım etməklə əlaqəlidir. Enerji texnologiyaları və bərpa olunan enerji sahələrində əməkdaşlığı möhkəmləndirmək vacibdir. Hər iki ölkənin şirkətlərinin su elektrik və termoelektrik enerji sahələrinə sərmayə qoymaqla Azərbaycan Respublikası və Rumıniyanın enerji layihələrində iştirakı imkanlarını araşdırmaq olar. Neft və qaz sənayesində ümumi layihələrin fəal şəkildə öyrənilməsi, sərmayə qoyulması və inkişaf etdirilməsi üçün hər iki ölkənin şirkətlərini təşviq etmək önəmlidir. Təbii qazın nəqli və Rumıniyadakı yeraltı qaz anbarlarında saxlanılması, həmçinin Azərbaycan neftinin Rumıniyanın emal zavodlarında emal olunması və Azərbaycan şirkətlərinin Rumıniyada neft məhsullarının pərakəndə satışı biznesində iştirakı üçün yeni həll yollarının müəyyənləşdirilməsi məqsədilə hər iki ölkənin müvafiq enerji şirkətləri arasında əməkdaşlığı dəstəkləmək, PEOP (Pan Avropa Neft layihəsi) layihəsinin inkişafı üzrə əməkdaşlıq imkanlarını birgə araşdırmaq aid etmək olar. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. 2009-cu ildə imzalanan "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”, həmçinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm addım olub. Günay Abdullayeva Ceyhun qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |