Ana Sayfa > Özəl > Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir
Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir6-02-2023, 12:27. Yazar: sevinc1 |
Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Artıq bir neçə ildir ki, qlobal iqlim dəyişikliyi dünyanı narahat edən problemdir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərir və qlobal miqyasda dəyişikliklərə səbəb olur. İstiləşməyə səbəb kimi ən əsas karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyaları göstərilir. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Mütəxəssislərin fikrincə, bu tendensiya belə davam edərsə iqlim dəyişikliyi bərpa olunan enerjinin texniki potensialının həcminə və coğrafi paylanmasına belə təsir edəcək. Buna baxmayaraq Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artaraq 3 721 qiqavata çatacaq. Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Dövlət başçımız cənab prezident İlham Əliyev bu açılışda iştirak edib. Prezidentimiz öz çıxışında ilk olaraq Rumıniya Prezidenti Yohannisi, komissar Simson və digər qonaqları salamlayaraq öz təşəkkürünü bildirib. Prezident Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırdıqlarını və bunun mümkün olduğunu, ölkənin resurslarının olduğunu bildirirərək qeyd edib ki, bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddu. 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr qaz ixracı olmuşdur. Bu isə onu göstərir ki, təbii qaz ixracı günü gündən artır. Prezidentimiz həmçinin qeyd edib ki, ölkəmiz qazın paylanması ilə əlaqədar olaraq bir çox uğura imza atmışdır. Doğrudur ki, Azərbaycanın güclü siyasi iradəsi və fəaliyyətinin uğurlu tarixçəsi var. Bunu çox asanlıqla söyləmək olar. Ölkəmizin müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi– hamısı uğurlu olmuşdur. Biz əminik ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız da uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq- sözləri ilə prezidentimiz öz çıxışını yekunlaşdırıb. Ayişə Çunayeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |