Ana Sayfa > Dünya / Karusel > Rusiyanın xüsusi təyinatlı briqada komandiri öldürüldü
Rusiyanın xüsusi təyinatlı briqada komandiri öldürüldü6-02-2023, 09:44. Yazar: sevinc1 |
Ukraynaya qarşı müharibədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 14-cü ayrı-ayrı xüsusi təyinatlı briqadasına komandirlik edən rusiyalı polkovnik Sergey Polyakov öldürülüb. aia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib. Polyakovun döyüş tapşırığını yerinə yetirərkən məhv edildiyi deyilir. Qeyd edək ki, 14-cü xüsusi təyinatlı briqada Xabarovsk vilayətində yerləşir. Onlar rus ordusunda xüsusi elit qüvvələr hesab edilir, Baş Kəşfiyyat İdarəsinə tabedir. aia.az Geri dön |