Ana Sayfa > Siyasət > Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır


5-02-2023, 15:00. Yazar: sevinc1
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, “SnamRete Gas” (SRG)
şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.
Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik”,- TAP qaz boru kəmərinin keçdiyi 3 ölkədə - Yunanıstan, Albaniya və İtaliyada işçilər təxminən 35 milyon kilometr yol qət etmişdir.
Hələ 1999-cu ildə Şahdəniz yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb etmişdir. Azərbaycanın 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş həcmində dəyərləndirilən qaz ehtiyatları Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynayır. 
İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir.
Rumıniya - Azərbaycan münasibətləri uzun illər davam etmiş, iki ölkə arasında sazişlər imzalanmışdır. Keçirilən görüşlər müxtəlif mövzuda və olduqca əhəmiyyətli olmuşdur. Buxarestdə keçirilmiş tədbirin əsasını yaşıl enerji ilə bağlı məsələlər təşkil etmişdir. Bu istiqamətdə önəmli addımlar atılmışdır. Yaşıl enerji layihəsi strateji əhəmiyyətə malik olmaqla yanaşı böyük sərmayə tələb edir. Həmçinin bir neçə ölkəni və iki dənizi də birləşdirir.
Azərbaycan çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmışdır. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. 
Həm qaz, həm də yaşıl enerji dəhlizləri və eyni zamanda nəqliyyat sahəsində də gözəl nəticələrin əldə olunacağı gözlənilir.

Fatimə Talıbzadə Astan,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön