Ana Sayfa > Özəl > Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır


5-02-2023, 14:54. Yazar: sevinc1
Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Ruminiya-Azərbaycan əlaqələrini yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Ümumiyyətlə energetika sözünün mənasına baxdıqda belə bir anlayış ortaya çıxır. Energetika — insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplusudur. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə-elektrik enerjisinə çevirməkdir. Ölkələr arasında əlaqələrə nəzər saldıqda aydın şəkildə görünür ki, hər bir ölkə arasında energetika sahəsində əməkdaşlıq vardır . Bu da onlar arasında olan iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirir.
2023-cü il 2 fevral tarixində Ruminiya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri baş tutmuşdur. Bu zaman Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüş baş tutmuş və hər ikisi mətbuata bəyanatlarla çıxış ediblər . Hər ikisi bu bəyanatlarda siyasi əlaqələrdən başqa ticari-iqtisadi əlaqələr haqqında daha çox söz açmışdırlar. Azərbaycan Prezidenti Cənab İlham Əliyev energetika sahəsi ilə bağlı söz açmışdır. “Energetika ,əlbəttə ki, təkcə Ruminiya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycan neft şirkəti SOCAR Ruminiyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”,- İlham Əliyev bildirmişdir. İlham Əliyev Ruminiya-Azərbaycan əməkdaşlığın yeni mərhələyə daxil olduğunu bildirib.Cənab İlham Əliyev bildirmişdir ki, Buxarestdə olarkən təbii qazın Ruminiyaya çatdırılmasına dair sazış imzalanmış və Azərbaycan qazını Ruminiya imkanlarından istifadə edərək Avropa ölkələrinə nəql ediləcəkdir. Prezident TAP layihəsini uğurla icra etdiklərini və Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildiklərini birdaha bildirmişdir. Cənab Prezident 3 fevralda Azərbaycanda keçiriləcək olan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimi ilə bağlı çox əhəmiyyətli məlumatlar vermişdir. Qonağımız olan Prezident Yohannisin bu mərasimdə iştirakı da çox böyük əhəmiyyət daşıyır. Cənab Prezident Buxarestdəki əsas tədbirimizin yaşıl enerji ilə bağlı olduğunu, bununla bağlı vacib addımlar atıldığınıvə birinci Məşvərət Şurasının keçiriləcəyi ilə bağlı fikirlər söyləmişdir. Hamıya məlumdur ki, bu çox strateji , böyük sərmaye tələb edən , bir neçə ölkəni, 2 dənizi birləşdirən bir layihədir. Cənab Prezidentimiz Energetika sahəsi üzrə olan əməkdaşlıqlar haqqında danışdıqdan sonra isə bildirmişdir ki, bütün bu layihələr bizi müasirliyə, inkişafa , enerji təhlükəsizliyinə aparır.
Ruminiya Prezidenti Klaus Yohannisdə bəyanat zamanı öz fikirlərini bildirib. O əvvala Azərbaycana ilk səfəri olduğunu, Azərbaycanla bağlı olan əməkdaşlıqları ilə bağlı səmimi şəkildə fikirlərini bildirib. O, Cənab Prezident İlham Əliyevin fikirlərini təsdiqləyib əlavə fikirlər nəql edib. Prezident Azərbaycanla olan əməkdaşlığını dərinləşdirmək istədiyini, enerji, ticarət , sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahəsində də əməkdaşlığa hazır olduğunu bildirmişdir. Cənab Prezident Azərbaycan və Ruminiyanın səmimi və əsl dost olduqlarını da diqqət mərkəzinə çatdırmışdır.
Hamımız inanırıq ki, 2023 fevralın 2-də baş verən bu səfər Azərbaycan-Ruminiya arasında əməkdaşlığı artıracaq və başqa mühüm addımlar atacaqlar. Bununla da Azərbaycanın ticari-iqtisadi və siyasi əlaqələri daha da inkişaf edəcəkdir.

HƏSƏNOVA ŞƏLALƏ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Geri dön