Ana Sayfa > Özəl > Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi vəfat edib

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi vəfat edib


4-02-2023, 18:55. Yazar: sevinc1
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi vəfat edib

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 2 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimi, terapevt Elşən Kazımov vəfat edib.

aia.az xəbər verir ki, bu haqda xəstəxananın Facebook səhifəsində məlumat verilib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, E.Kazımov 1982-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Tibb İstitutunun Müalicə-profİlaktika fakultəsində təhsil alıb. Əmək fəaliyyətinə 1990-cı ildə Mingəçevir şəhər 2 saylı Polikilinikada sahə həkimi kimi başlayan E.Kazımov 1992-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Füzuli bölgəsində "N" saylı Hərbi Hissənin Hospitalında həkim, baş ordinator kimi çalışıb. Mərhum ömrünün son günlərinədək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzində həkim terapevt kimi fəaliyyət göstərib. O, 2015-ci ildə ölkəmizdə təşkil olunan I Avropa, 2017 İslam Həmrəyliyi Oyunlarında həkim kimi göstərdiyi xidmətlərə görə Prezdent İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi imzası ilə təşəkkürnamə almışdır.

Azər Tağızadə
Geri dön