Ana Sayfa > Cəmiyyət > SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır

SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır


4-02-2023, 12:25. Yazar: sevinc1
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır

Rumıniya və Azərbaycan arasında uzun illər davam edən əməkdaşlıq vardır. Bu əlaqələr strateji tərəfdaşlıq əsasında inkişaf etmişdir. Bu təxminən 2009-cu ilə təsadüf edir. Strateji tərəfdaşlığa aid iki sənəd imzalanmışdır. Rumıniya Avropa İttifaqının ilk üzvüdür. İki ölkə arasındakı məsələlər olduqca önəmlii və strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf etmişdir və bunun üçün ölkələr arasında qarşılıqlı səfərlər olur.
30 il ərzində Rumıniya və Azərbaycan gözəl diplomatik və siyasi münasibətlərə malik olmuşdur.
Ticarət və iqtisadiyyat sahələrinə nəzər salsaq müəyyən nəticələri görmüş olarıq. Ticarət dövriyyəsi iki dəfədən çox artmışdır, amma daha yüksək nəticə gözlənildiyi üçün kifayət deyildir. Ona görə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Ticarət sahəsinin inkişafı üçün önəmli addımlar atılacaqdır. Ticari-iqtisadi sahədə yaxşı nailiyyətlərin əldə olunması hökumətlərarası komissiyanın fəaliyyətindən də asılıdır.
Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. 
Energetika sahəsi də önəmli məsələlərdən biridir.
Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. 
Hazırda iki ölkə arasındakı əməkdaşlığın yeni mərhələsi ortaya çıxır. Ölkələr arasında təbii qazın Rumıniyaya çatdırılması ilə əlaqədar saziş imzalanmışdır. Bu saziş Buxarestdə imzalanmışdır. Nəticədə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. 
Azərbaycan iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdi və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildi. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir.
Yaşıl enerji sahəsində də önəmli addımlar atılmışdır. Buxarestdə baş tutmuş tədbirin əsas məsələsi də yaşıl enerji olmuşdur. Yaşıl enerji layihəsi olduqca strateji əhəmiyyət daşıyır. Böyük sərmayə tələb edən bu layihə həmçinin bir neçə ölkəni və iki dənizi birləşdirəcək əhəmiyyətdədir.
Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. 

Fatimə Talıbzadə,
Azərbaycan Dövlət Pedaqoji Univerditeti
Geri dön