Ana Sayfa > Özəl > Azərbaycan qaz ixracını sürətlə artırır.

Azərbaycan qaz ixracını sürətlə artırır.


4-02-2023, 12:08. Yazar: sevinc1
Azərbaycan qaz  ixracını sürətlə artırır.

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmışdır.
Azərbaycanın iqtisadi və siyasi həyatında yanacaq-enerji kompleksi sahəsi mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri ilk dəfə olaraq bu il bərabərləşib. Bütün bunlar sübut edir ki, ölkəmiz qaz sənayesində davamlı inkişaf yolunu tutub. 
Ölkəmizdə alternativ qaz yataqlarının istifadəyə verilməsi, bəzi yataqlarda hasilatın aparılması, eləcə də mövcud boru kəmərlərinin gücünün artırılması nəticəsində Azərbaycan qazının həcmi xeyli artacaq. Belə olan halda, Avropa və digər ölkələrlə ticarət əlaqələrini genişləndirən ölkəmiz üstünlük qazanacaq.
Nəticə etibarilə Azərbaycanın həm gəlirləri, həm də Avropanın enerji təhlükəsizliyinə xidmət edən güclü dövlət kimi beynəlxalq nüfuzu artacaq.
Reallıq budur ki, enerji təhlükəsizliyi prizmasından dövlət maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycana Avropanın tarixdə görünməmiş dərəcədə ehtiyacı var. Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti milli maraqlarımızı qətiyyətlə təmin edir.
Azərbaycanın Avropaya və digər ölkələrə qaz ixracını sürətləndirməsi iqtisadi inkişafımızla yanaşı, beynəlxalq imicimizin formalaşması baxımından da  mühümdür. Avropaya qaz nəql edən TAP boru kəməri illik 11 milyard kubmetrdən bir qədər çox qaz ixrac edə bilir. Bu, onun daxili imkanlarından maksimum yararlanmaq hesabına mümkün olur. Birinci mərhələdə boru kəmərinin gücü 10 milyard kubmetr qaz nəqlinə hesablanıb. Borunun gücünün mərhələli şəkildə artırılması üçün fiziki işlər görülməli və böyük kapital sərf olunmalıdır.  
Azərbaycanın qeyri-neft-qaz ixracının artması yerli bazarda daha çox xarici valyuta təklifini təmin edir, manata daha az təzyiq göstərilməsinə səbəb olur.

Leyla Haşumova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Geri dön