Ana Sayfa > Gündəm > İcra başçısı Xalq artistini yubileyi münasibətilə təbrik edib

İcra başçısı Xalq artistini yubileyi münasibətilə təbrik edib


4-02-2023, 11:13. Yazar: sevinc1
İcra başçısı Xalq artistini yubileyi münasibətilə təbrik edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının Xalq artisti, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Rafael Bayramovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Rafael Bayramova xoş arzularını çatdıran və bundan sonra da yaradıcılıq fəaliyyətində uğurlar arzulayan icra başçısı yubilyara Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” və hədiyyə təqdim edib.
Rafael Bayramov ölkə mədəniyyətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin sənətinə verilən yüksək dəyərə görə şəhər rəhbərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Rafael Bayramov 1 fevral 1953-cü ildə Gəncə şəhərində anadan olub. 1997-ci ildən F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru vəzifsində çalışır. Müxtəlif illərdə ölkə başçısı tərəfindən mükafatlandırılıb. 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Xalq artisti” fəxri adına layiq görülüb.

Azər Tağızadə
aia.az
Geri dön