Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"

Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"


4-02-2023, 10:26. Yazar: sevinc1
Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"

“Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar. Avropa İttifaqı çərçivəsində Rumıniyanın əsas prioritetləri Avropa dəyərlərinin təbliği və Avropa layihəsinin gücləndirilməsi ilə bağlıdır. NATO çərçivəsində isə Rumıniyanın əsas məqsədləri - güclü Trans-Atlantik tərəfdaşlığına əsaslanan etibarlı və uyğun ittifaq formalaşdırmaq, ölkədə islahatları və regional əməkdaşlığı inkişaf etdirməklə sabitliyin təmin edilməsində NATO-nun rolunu dəstəkləməkdən ibarətdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “Göründüyü kimi Rumıniya Avropanın strateji mövqeyə malik dövləti kimi Aİ-nin siyasətinin formalaşmasında da mühüm rola malikdir. Bu dövlətlə əməkdaşlıq Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Rumıniyadır. 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilir. 2004-cü ildə iki ölkə arasında 11 sənəd, ümumiyyətlə isə indiyə qədər 70 sənəd imzalanmışdır. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" zərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi kimi çox mühüm əhəmiyyət daşıyır.
Bu günlərdə Azərbaycana ilk dəfə səfər edən Rumıniya Prezidenti cənab Klaus Yohannisin səfəri Rumıniya Azərbaycan əlaqələrinin yüksələn xətt ilə inkişafından və Azərbaycana olan maraqdan xəbər verir. Cənab Yohannis mtəbuata verdiyi bəyanatında bu məsələyə diqqəti cəlb edərək bildirmişdir: “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.”

Eltun Süleymanov son olaraq qeyd etmişdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Rumıniya ilə ticarət, iqtisadi əlaqlərin şaxəlnməsi sahəsində aparılan işlər kifayət qədər genişdir. Xam neft məhsullarının, təbii qazın Avropaya çatdırılmasında mühüm rol oynayan Rumıniyanın Azərbaycanla əməkdaşlığa önəm verməsinin digər bir səbəbi bu münasibətlərin dayanıqlı və etibarlı olmasıdır. Azərbaycanın qaz ixracının sürətlə artması, bərpaolunan enerji mənbələrinin bolluğu və bu enerjinin Avropaya ötürülməsində maraqlı olan Azərbaycanın tərəfdaşı olmaq Rumıniya üçün əlavə dividentlər vəd edir. Həmçinin nəqliyyat, loqistika imkanlarının olması da bu sahədə geniş perspektivlər vəd edir. Cənab Yohannis kifayət qədər bahalı layihə olan yaşıl enerjinin Avropaya çatdırılmasında Rumıniyanın iştirakını belə əsaslandırmışdır: “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq.”
“Qeyd edilən nüansların həyata keçirilməsi və indiki səviyyəyə çatdırılması cənab prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin tərkib hissəsidir. Bu siyasət Azərbaycanın Avropada dayaqlarını möhkəmlətməklə yanaşı, bir sıra infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin inkişafı üçün zəmin yaradacaqdır”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.
Geri dön