Ana Sayfa > Özəl > Avropada enerji böhranı və Azərbaycanın xilaskarlıq missiyası
Avropada enerji böhranı və Azərbaycanın xilaskarlıq missiyası3-02-2023, 17:46. Yazar: sevinc1 |
Mövcud geosiyasi vəziyyət Avropa qitəsini tarixinin ən dərin enerji böhranı ilə üz-üzə qoyub. Mövcud vəziyyətlə əlaqədar olaraq, qitədə enerji təhlükəsizliyi təhdid altındadır və bu səbəbdən, dövlətlər təcili şəkildə alternativ enerji mənbələri axtarmağa başlayıblar. Təbii ki, bu məqam mavi yanacaq ixrac edən Azərbaycanın qlobal enerji bazarındakı mövqelərini daha da gücləndirir. Özünü etibarlı neft tədarükçüsü kimi təsdiqləyən Azərbaycan, kritik məqamda Avropa dövlətləri üçün mavi yanacaqla bağlı əvəzolunmaz tərəfdaşa çevrilib. Ölkəmizin enerji potensialı, imzaladığı çoxillik müqavilələr və etibarlı tərəfdaş imici Azərbaycanın təbii qazının ixrac coğrafiyasının genişlənəcəyi qənaətinə gəlməyimizə imkan verir. Çünki rəsmi Bakı getdikcə daha çox ölkədən qaz almaqla və tədarükü artırmaqla bağlı təklif alır. Görünən odur ki, gələcəkdə Azərbaycanın enerji resurslarına, xüsusilə təbii qazına təlabat daha da artacaq. Hətta Avropa ölkələri ilə yanaşı qaza ehtiyacı olan digər ölkələr Azərbaycanla mavi yanacaq alış-verişində maraqlı olacaq. Təbii ki, Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa marağın artmasının kökündə ölkəmizin yaratdığı etibarlı tərəfdaş imici, üzərinə götürdüyü öhtəliklərə məsuliyyətlə yanaşması dayanır. Ümumilikdə Azərbaycanın belə bir kritik məqamda Avropa dövlətlərinə qaz nəql etməsinin iqtisadi və siyadi baxımdan olduğu kimi, mənəvi baxımdan da böyük əhəmiyyəti var. Çünki Avropa dövlətləri mövcud şəraitdən irəli gələrək yerli əhaliyə mavi yanacaqdan istifadə ilə bağlı ciddi məhdudiyyətlər tətbiq ediblər. Belə bir dövrdə Azərbaycanın xilaskar rolunda çıxış etməsi, Avropaya qaz nəqlini artırması xalqımızın və ölkəmizin beynəlxalq imici baxımından da böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, sözün həqiqi mənasında Azərbaycan adını Avropanın tarixinə qızıl hərflərlə yazdırır. Bu səbəbdən, Avropa xalqları Azərbaycanın xilaskarlıq missiyasından hələ uzun illər danışacaq və ölkəmizi gələcək nəsillərə Avropanı enerji böhranından xilas etməkdə payı olan dövlət kimi təqdim edəcək. Çünki Azərbaycan verdiyi tarixi qərarlarla sözün həqiqi mənasında "köhnə qitə"ni soyuqdan donmaqdan xilas edir. Təbii ki, Avropanın enerji böhranından xilasındakı həyati əhəmiyyətə malik olan rolu həm Prezident İlham Əliyevin, həm də Azərbaycan xalqının tarixi uğurudur. Mayil Əliyev, YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı Geri dön |