Ana Sayfa > İqtisadiyyat > Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən Bank olmayan kredit təşkilatı
Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən Bank olmayan kredit təşkilatı3-02-2023, 10:14. Yazar: sevinc1 |
01 fevral 2023-cü il tarixində Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə 2-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib. aia.az xəbər verir ki tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (“Aqrarkredit” QSC) rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Artıq ikinci ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir. Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən özəl sektor subtektlərinə mükafatlar təqdim olunub. Tədbirdə “Aqrarkredit” QSC “Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən Bank olmayan kredit təşkilatı” nominasiyası üzrə mükafatla təmin edilmişdir. Mükafatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri cənab Seymur Mövlayev təqdim etmişdir. Qeyd edək ki, Aqrarkredit QSC bundan sonrakı dövrdə də öz fəaliyyətində kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üzrə dövlətin apardığı siyasəti dəstəkləyəcək, onlara maliyyə xidmətləri ilə yanaşı bizneslərinin idarə edilməsi üçün maliyyə məsləhəti xidmətlərini təqdim edəcək, habelə kənd yerlərində yaşayan insanların maliyyə savadlığının artırılmasına töhfəsini verəcəkdir. Geri dön |