Ana Sayfa > Özəl > Gəncədə 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

Gəncədə 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub


2-02-2023, 18:19. Yazar: sevinc1
Gəncədə 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş Konsulları Recep Öztop və Nikoloz İaşvili, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, hərbi qulluqçular və fəal gənclər iştirak ediblər.
Öncə Ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanındakı abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı olub. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev, əsas diqqəti ötən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəldib. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Vətən müharibəsində qazandığımız parlaq qələbədə, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğu xüsusi vurğulanıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək İdarə tərəfindən 2022-ci il ərazidə görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən il ərzində ümumilikdə 130 tədbir reallaşıb ki, bu tədbirlərdə də 6500-dən çox gənc iştirak edib. İl ərzində təşkil olunan tədbirlər təqvimdə yer alan xüsusi günlərin qeyd edilməsi ilə yanaşı, gənc nəslin vətənpərvər ruhda formalaşdırılması, dünyagörüşlərinin artırılması və maarifləndirilməsi məqsədi daşıyıb.
Rəsmi hissənin sonunda Gəncə şəhərinin ictimai həyatında fərqlənən gənclər "Təşəkkürnamə"lərlə təltif olunublar.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Yekunda Gəncə gəncləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət səsləndirilib.

Azər Tağızadə
Geri dön