Ana Sayfa > Özəl > Azərbaycan gənclər siyasətinin təməli, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur
Azərbaycan gənclər siyasətinin təməli, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur2-02-2023, 00:10. Yazar: sevinc1 |
Azərbaycan gəncliyi də xalqımızla birgə 19 ildən artıq bir müddətdir ki, öz dahi şəxsiyyətinin , xalqın sevimlisi, Ulu Öndərimiz Heydər Əliyevin aramızda olmaması ilə , nə qədər ağır olsa da barışmalı olur. Ümummilli Lider bütün həyatını şam kimi əridərək millətinə həsr etdi və xalqının sevgi , məhəbbətini qazandı. Dünya praktikasına nəzər saldıqda görürük ki, tarix belə şəxsiyyətləri az-az yetişdirir. Xoşbəxt xalqıq ki, bu şəxsiyyətlərdən biri də bizim qismətimizə düşüb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. Ölkə Pezidenti cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı, həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ötən müddətdə uğurlu inkişaf yolu keçib. Bu uğurlu yol, demək olar bütün sahələri əhatə edir. Azərbaycan gəncliyinin hazırkı inkişaf tempi onu deməyə əsas verir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir.Müstəqil respublikamızda gənclər gününün ayrıca gün kimi təsis edilməsi bir daha göstərir ki, gənclərlə bağlı iş məqsədli şəkildə həyata keçirilir. Bu gün gənclərimiz olduqca aktiv, vətənpərvər və savadlı təbəqə olaraq yetişir. Heç şübhəsiz ki, burada da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayır. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi, bütün sahələrdə gənclərə yüksək etimadın göstərilməsi də bu siyasətin nəticəsidir. Bizim gənclərimiz artıq hər yerdə sözünü deyir. Xüsusilə qeyd etməliyik ki, tariximizin şanlı səhifələrindən biri 44 günlük Vətən müharibəsində də torpaqlarımızı azad etmək demək olar gənclərimizin üzərinə düşmüşdü. Onlar da layiqincə vəzifələrini yerinə yetirdi və bizim 30 illik torpaq həsrətimizə son qoyuldu. 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əlbəttə, gənclərimiz bu gün də vətənpərvərlik nümayiş etdirir, təqdirəlayiq addımlar atırlar. Hələ də davam edən Laçın-Xankəndi yolundakı aksiyanı misal göstərmək olar. Bu aksiyanın 2 aya yaxın davam etməsinə baxmayaraq, gənc ekofəallar öz məqsədlərindən dönməyi düşünmürlər. Bizim gənclərimiz vətəninin hər bir qarışına, hər bir daşına, qayasına sahib çıxmağı özlərinə hədəf seçiblər. Son dərəcə qürurvericidir ki, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir. Əminliklə deyə bilərik ki, Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki, onun memarı olduğu Azərbaycan Gənclər siyasəti günü-gündən inkişaf edərək , yeni-yeni uğurlara imza atmaqda davam edir. Mən də Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir,onlararın vətənimizin daha da çiçəklənməsi üçün Cənab Prezidentimizin ətrafında bundan sonra da sıx birləşmələrini arzu edirəm. Ümummili Liderimiz Heydər Əliyevə, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə allahdan rəhmət , qazilərimizə isə şəfa diləyirəm. Məhəmməd Əliyev, YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |