Ana Sayfa > Ölkə > Prezidentin təltif etdiyi gənclər kimdir?
Prezidentin təltif etdiyi gənclər kimdir?1-02-2023, 22:09. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayaraq, bir sıra gəncləri təltif edib, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb. Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır. “Qafqazinfo” onlar barədə məlumatları təqdim edib: Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir. ![]() Vüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir. ![]() Günay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir. ![]() Şəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir. ![]() Qədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir. ![]() “Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir. ![]() Fuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiridir. aia.az Geri dön |