Ana Sayfa > Seçki 2024 > Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində təkan verici qüvvəyə çevrilmişdir

Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində təkan verici qüvvəyə çevrilmişdir


1-02-2023, 22:00. Yazar: sevinc1
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində təkan verici qüvvəyə çevrilmişdir


“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

HEYDƏR ƏLİYEV


Ölkəmizdə vətənpərvərlik ruhunda tərbiyə olunan, istedadı, yaradıcılığı, təşəbbüskarlığı ilə seçilən gəlclik yetişməkdədir hansı ki, bu gün gələcək gənc nəsillərə bütün mənəvi kefiyyətləri və dəyərləri ilə nümunə olan azərbaycan gəncliyi var. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində təkan verici qüvvəyə çevrilmişdir. Eyni zamanda ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, dayanıqlı və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir”. Bu ilk növbədə dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalanması Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstək vermək məqsədi daşımışdır.
Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” cəmiyyətin müxtəlif inkişaf istiqamətlərində gənclərin dinamik inkişafı üçün yollar açmaqdadır.
Bu gün elm, mədəniyyət, təhsil, yaradıcılıq, sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələr və sair istiqamətlərdə dövlətimiz yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların inkişafı üçün dəstəyini əsirgəmir. Gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir” deyən Ulu Öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi bu gün öz təstiqini tapdı. Bəli məhz Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən ordu sıralarının böyük əksəriyyətini gənclərin təşkil etdiyi o sücaətkar ordu bütün dünyaya Acərbaycan gənclərinin nəyə qadir ola biləcəyini sübut etdi. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət etməkdədir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm arxa cəbhədə vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.
Azərbasycan güclü idarəçilik sisteminə malik, qanunun aliliyinə, hüquqi dövlətin demokiratik pirinsiplərinə əsaslanan güclü dövlətdir. Güclü orduya, sağlam ruhda gəncliyə sahibdir. Bu isə Azərbaycanın uğurlu və təhlükəsiz gələcəyini istisnasız təmin edən əsas amillərdir.
2 Fevral Gənclər Gənclər Gününüz mübarək, əziz Azərbaycan gəncləri !

Şahzadə Qəhrəmanlı,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektoru, aparıcı məsləhətçi fəal gənc


Geri dön