Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Rusiyada azərbaycanlı qız bakirəliyini satışa çıxardı

Rusiyada azərbaycanlı qız bakirəliyini satışa çıxardı


28-08-2015, 13:11. Yazar: admin

20 yaşlı qızı döyüb və zorlayıblar.

Bakirəliyini sataraq gəlir əldə etmək istəyən 20 yaşlı azərbaycanlı qız xəsarət alıb, Oxu.Az xəbər verir ki, bu barədə “AiF-Prikamye” saytının müxbirinə Berezniki rayonu üzrə İstintaq İdarəsindən bildiriblər.

Müstəntiqlərin sözlərinə görə, hadisə Bereznikidə iyunun sonunda baş verib. 20 yaşlı azərbaycanlı qız Prikamya sakini ilə yazışıb.

Ünsiyyət zamanı gənclər öz aralarında qızın bakirəliyini 14 min dollara satacağı barədə razılığa gəliblər.

29 yaşlı oğlan rəfiqəsinə təyyarə bileti alıb və qız Bereznikiyə gəlib. Xanımı qarşılayan və onu əvvəlcədən tutulan evə gətirən kişi işə başlayıb.

“Gənclər mükafatlandırma haqqında müqavilə imzalayıblar, bundan sonra qız kişinin ödəmə qabiliyyətli olduğunu yoxlamaq istəyib. Kişidən bu məbləğə malik olması haqqında bankdan alınmış çıxarış istəyib. Bunun əvəzində isə müqavilənin imzalar və rekvizitlər olan son vərəqini başqa sənədin vərəqi ilə dəyişib. Bu müqaviləyə görə isə qız ona 5 milyon rubl borcludur”, - baş müstəntiq Denis Yefimıçev danışıb.

Aldandığını anlayan qız kişini yumruqlamağa başlayıb, kişi də güc tətbiq edib. Qonağı tamamən qorxutmaq üçün Berezniki sakini özünü hüquq-mühafizə orqanı işçisi kimi qələmə verib və itaət edilmədiyi təqdirdə problemlərin olacağını vəd edib.

O, qıza bildirib ki, artıq onun əlindən qurtula bilməz və əgər pulu ödəməkdən boyun qaçırarsa Bereznikidə fahişəliklə məşğul olmalı olacaq.

Nəticədə gənclər gecəni bir yerdə keçiriblər. İntim xidmətlərdən başqa qız yarıçılpaq vəziyyətdə kamera qarşısına da keçməli olub.

Səhərisi gün kişi işə gedib, onu isə mənzildə qapalı saxlayıb. Zərərçəkən qaçmaq qərarına gəlib.

“Qız döşək ağlarını bir-birinə bağlayaraq kanat düzəldib. Aşağı düşməyə çalışıb, amma yorularaq əldən düşən qız üçüncü mərtəbədən yıxılıb. Onu təsadüfi yoldan keçənlər tapıb və təcili yardım çağırıblar. Qızın çanaq-bud sümüyü sınıb”, - müstəntiq danışıb.

Bu gün cavan oğlana qarşı ittiham irəli sürüləcək.
Geri dön