Ana Sayfa > Özəl > Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb

Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb


1-02-2023, 16:37. Yazar: sevinc1
Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb

Prezident İlham Əliyev:
“ Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir”.

Avropa və Asiya Rusiya üzərindən qırılan ticarət əlaqələrinin kənar ərazilərdən düzənlənməsinə çalışır və burada açar nöqtə Azərbaycandır.Asiyadan Avropaya yüklərin Rusiyadan kənar mühüm daşıma marşrutu ölkəmizdən keçir.Qərblə ticarəti sıfırlanan Rusiya Asiyadakı tərəfdaşları ilə ticarətini genişləndirmək üçün Azərbaycana ehtiyac duyur.Çünki ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin də açar nöqtəsidir.Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz,həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib.Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.
Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu,1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan həmçinin 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.
tərkibinin saxlanılması,təmir üçün texniki və texnoloji yardımın göstərilməsi,iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir.Ölkəmizin marşrutun digər iştirakçıları olan Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir.Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi,üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir.Son altı ayda gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb.İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır.Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir.İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır. Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər Proseslərin gedişi göstərir ki,Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq.
Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki,gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir.Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar.Bu səviyyəyə asan gəlinməyib.

Qarayev Qulam,
ADPU
Geri dön