Ana Sayfa > Cəmiyyət > Macarıstan və Azərbaycan iki dost ölkə

Macarıstan və Azərbaycan iki dost ölkə


1-02-2023, 16:20. Yazar: sevinc1
Macarıstan və Azərbaycan iki dost ölkə

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata bəyanat verib.
Cənab Prezident çıxışında bildirmişdir ki, “ Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.”
Uzun illər ərzində apardığımız uğurlu siyasət Azərbaycanın öz qaz resurslarını Avropa bazarlarına çatdırması üçün zəmin yaratdı.
Ölkə rəhbəri diqqətə çatdırıb ki, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır.
Azərbaycanın zəngin neft-qaz resursları uzun illər bundan sonra Avropa üçün etibarlı tərəfdaş olmasına imkan verir.Bu gün Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır.
Azərbaycan Prezidenti Bəyanatında bildirib ki, minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Rüstəmzadə Nigar Ziyafət
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Geri dön