Ana Sayfa > Özəl > Azərbaycan ilə Macarıstan arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir

Azərbaycan ilə Macarıstan arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir


1-02-2023, 16:01. Yazar: sevinc1
Azərbaycan ilə Macarıstan arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir

10 ildən artıqdır ki, bir yerdə əməkdaşlıq edilir. Ölkələrimizi bir–birinə daha da yaxınlaşdırmaq, əməkdaşlığı dərinləşdirmək və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışmaq istiqamətində addımlar atılır. Baş vermiş görüşlər yalnız dostluğu deyil, strateji məsələlərin həlli, əməkdaşlığın növbəti səviyyəsi və genişlənməsi məqsədi daşımışdır. Hər iki ölkə üçün aydındır ki, yalnız Avropa deyil, dünyanın digər bölgələrini də təhlükə gözləyir.
Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir.
Qonşuluqda baş vermiş müharibələr və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaratmışdır. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman Macarıstanla dost olmuşdur, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.
Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalamışdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır. 
Digər bir sazişə əsasən Azərbaycanda istehsal edilən elektrik enerjisi Avropaya gətiriləcəkdir. Həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır. 
Macarıstan artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışdır ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayışdırar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə macarların gözləntisi odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək. 
Macarıstan- Azərbaycan əməkdaşlığının böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır.Eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçirilir. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılmışdır. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə Azərbaycan üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var. 

Fatimə Talıbzadə Astan
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön