Ana Sayfa > Ölkə > AZAL Avropanın mədəni və tarixi mərkəzi - Vyana şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

AZAL Avropanın mədəni və tarixi mərkəzi - Vyana şəhərinə uçuşlar yerinə yetirməyə başlayır


1-02-2023, 11:51. Yazar: sevinc1
AZAL Avropanın mədəni və tarixi mərkəzi - Vyana şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Geri dön