Ana Sayfa > Cəmiyyət > Kənan Hüseynli: Azərbaycan Gəncliyi Ulu Heydər Əliyev ideyalarına həmişə sadiqdir

Kənan Hüseynli: Azərbaycan Gəncliyi Ulu Heydər Əliyev ideyalarına həmişə sadiqdir


1-02-2023, 10:00. Yazar: sevinc1
Kənan Hüseynli:  Azərbaycan Gəncliyi Ulu Heydər Əliyev ideyalarına həmişə sadiqdir

Hər bir müstəqil dövlətin gələcəyi, inkişafı, çiçəklənməsi, sağlam və milli ruhda böyüyən gənc nəsildən daha çox asılıdır.Ölkəmizdə gənclərlə bağlı mühüm addımların atılması, önəmli fərman və sərəncamların imzalanması məhz, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin diqqət və qayğı gösdərdiyi ən mühüm isdiqamətlərdən biri də gənclərlə iş olmuşdur.
1988-1993-cü illərdə ölkədə yaranmış qeyri sağlam ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr digər sosial təbəqələr kimi gəcliyin də mənəvi - psixoloji böhran vəziyyətinə düşməsinə səbəb olmuşdur. Məhz, gənclərin himayadarı, görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev cənablarının sayəsində gənclərlə iş dövlət səviyyəsinə qaldırılmış, gənclərlə dönə - dönə görüşlər keçirilmiş, onların mənəvi tərbiyyəsi ön plana çəkilmiş, gəcliyin dirçəlişinə müstəsna diqqət yetrilmiş və bu sahədə böyük tarixi əhəmiyyətə malik addımlar atılmışdır.
1994-cü ilin yayında Gənclər və İdman Nazirliyinin yaradılması, fevralın 2-si tarixinin Gənclər Günü elan olunması, 1996-cı ildə müstəqil Azərbaycan dövlətçiliyinin tarixində ilk dəfə olaraq respublika gənclərinin I forumunun kecirilməsi, 1998-ci il fevral ayının 18-də keçirilən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısı, 1999-cu il martın 2-də Azərbaycan Gənclərinin II forumu və s. bunlara əyani sübutdur. Ümummilli Liderimizin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar da elə gənclərin özü olmuşdur. Ulu Öndər gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir Lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirlər.
Ümümmilli Liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensiyalından düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində, ali orqanlarda, icra strukturlarında iştirakının təmin olunması məqsədi ilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında“ sərancam imzalamışdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları tərəfindən davam etdirilən bu siyasətin nəticəsidir ki, cəmiyyətimizin hər bir sahəsində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir və onlar hər sahədə böyük uğurlar qazanırlar. Məhz, 44 günlük Vətən müharibəsində böyük Zəfərin əldə olunmasında da Azərbaycan gəncliyi öz qəti sözünü dedi. İşğal altında olan topaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında məhz, sağlam və milli ruhda, vətənpərvərlik ruhunda böyümüş gənc nəsil öz qanı bahasına, canı bahasına Möhtəşəm Qələbəni xalqımıza yaşatdı. Bu gün Aərbaycan gəncliyi nəinki, hərb meydanında, eləcə də idman arenalarında, elm - təhsil sahəsində, idarəçilikdə öz fəalığı ilə seçilir. Bu gün müstəqil Aərbaycanımızın bu tarixi, məsuliyyətli dövründə Möhtərəm Prezidetimiz İlham Əliyevin arxasında sıx birləşən, Ulu Heydər Əliyev ideyalarına sadiq qalaraq, bu ideyalara sədaqətlə qulluq edən Aərbaycan gəncliyi bütün sahələrdə fəallıq göstərir. Bu gün Azərbaycanı Qarabağ iqtisadi rayonunda faydalı qazıntılarımızın qanusuz istismarına qarşı Xankəndi - Laçın yolunda etiraz aksiyası keçirən ekoloqlar arasında gənclərimiz üstülük təşkil edir. Möhtərəm Prezidentimizin təbirincə desək: “İlk növbədə o gənclərə "eşq olsun" demək istəyirəm. Onlar bizim fəxrimizdirlər, gecə-gündüz, şaxralı-qarlı havada ordadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətə malik olduğunu bütün dünyaya göstərirlər.”

İnanırıq ki, Möhtərəm Prezdentimizin diqqət və qayğısını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi öz ənənələrinə sadiq qalaraq, yeni-yeni uğurlara, qələbələrə imza atacaq və bundan sonra da müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə yüksək fəallıq göstərəcəklər.

Kənan Hüseynli,
YAP Qazax rayon təşkilatının əməkdaşı

Geri dön