Ana Sayfa > Parlament > Qalib ölkənin qalib gənclərinin günü

Qalib ölkənin qalib gənclərinin günü


31-01-2023, 18:16. Yazar: sevinc1
Qalib ölkənin qalib gənclərinin günü

Heydər Əliyev: “Siz, əziz gənclər, Müstəqil Azərbaycan respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək Müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız, mən buna əminəm.”
Gənclik ümid, gənclik gözəllikdir. Düzgün tərbiyə olunmuş, yaxşı təhsil almış və istədiyi sahəyə yiyələnmiş gənclər isə dövlətin uğurlu gələcəyidir.
Azərbaycanda Müasir Gənclər siyasəti 1994- cü ildə başlanmışdır. Həmin il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də “ Azərbaycan Gənclər Forumu” nun keçirilməsi ilə əlaqədar olaraq, bu gün 1997- ci ildə Heydər Əliyevin sərəncamı ilə “Gənclər günü” kimi təstiq olunub. Bu Heydər Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətin göstəricisi idi. Gənclər günü dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur.
Azərbaycanda digər sahələrdə olduğu kimi bu sahədə də uğurlu addımlar atılmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Bir çox sahədə olduğu kimi bu sahədə də Azərbaycan bir cox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər günü təsis edildikdən bir qədər sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyyəsi əsasında BMT baş məclisinin 1999- cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər günü elan edilib.
Ümummilli Lider bütün dünyaya nümunə olacaq daha bir addım atıb. Belə ki, gənclərə sosial, iqtisadi və s bu kimi problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə yönələn fərman və sərəncamlar, qanunlar imzalayıb. Bu görülən uğurlu işlər Azərbaycan gənclərinin formalaşmasına, onların mənəvi, idialoji cəhətdən tam yetkinləşməsinə müsbət təsir göstərmişdir.
Dövlətimizin gənclərin inkişafı, uğurlu gələcəyi üçün atdığı bu addımları, bu diqqət və qayğını Azərbaycan gənci yüksək dəyərləndirməklə yanaşı, məsuliyyəti hiss edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrin uğurla həyata keçirilməsinə, Respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Sentyabrın 27-də başlayan və noyabrın 10-a qədər davam edən vətən müharibəsi
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan oldu. Azərbaycanın rəşadətli ordusunun sıralarında mətanətlə vuruşan qorxmaz gənclərimiz adlarını tarixin ən yeni, şanlı səhifələrinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu və Azərbaycan xalqının 30 illik vətən həsrəti sona çatdı .
İlham Əliyev: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetiriblər. 2003- cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə onlara biz borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq.”

Bakı Slavyan Universiteti
Bayramova Cananə
Geri dön