Ana Sayfa > İdman > Messiyə mesaj var - FOTO

Messiyə mesaj var - FOTO


27-06-2016, 16:41. Yazar: admin
Messiyə mesaj var - FOTO







Argentina millisinin kapitanı Lionel Messi bu səhər nəinki bütün dünyanı, hətta İngiltərə futbolunun əfsanələrindən olan Qeri Linekeri də təəccübləndirib.

Aia.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Amerika Kubokunda penaltilər seriyasından sonra Çililyə uduzan (2-4) argentinalıların kapitanı milli karyerasını bitirdiyini bildirib. Onun ardınca isə Serxio Aquero və Xavyer Maskerano da eyni bəyanat veriblər.

Qeri Lineker bununla bağlı olaraq Twitter-dəki hesabından Messiyə mesaj verib:

"Messi beynəlxalq futboldan getdi. Ümid edirəm ki, balaca dahi fikrini dəyişər və bizə daha bir dünya kubokunu bəxş edər".

Bununla Lineker Messini 2018-ci ildə Russiyada keçiriləcək dünya çempionatında görmək istədiyini bildirib.

Maskerano ilə Aqueronun da millini tərk etməsi Linekerin xoşuna gəlməyib: "Əvvəl Messi, indi isə Maskerano və Aquero. Argentina millisinin oyunçuları kölgə kabinetin üzvlərindən daha tez gedirlər".

Məşhur "Ole" dərgisi isə Messini milliyə qaytarmaq üçün kampaniya başladıb. Dərgi oxucularından Twitter-də #NotevayasLeo (Getmə, Leo) heşteqi ilə tvitlər paylaşaraq Messini fikrindən daşındırmağa çağırıb.

Follow
Gary Lineker ✔ @GaryLineker
Messi has retired from international football. Hope the little genius changes his mind and gives us one more World Cup.
12:40 PM - 27 Jun 2016
4,500 4,500 Retweets 7,002 7,002 likes
Follow
Gary Lineker ✔ @GaryLineker
First Messi, now Mascherano & Aguero. Argentinian players are quitting more hastily than members of the shadow cabinet.
2:26 PM - 27 Jun 2016
4,174 4,174 Retweets 5,285 5,285 likes



aia.az
Geri dön