Ana Sayfa > Özəl > İran terror dövləti olduğunu bir daha təsdiqlədi
İran terror dövləti olduğunu bir daha təsdiqlədi28-01-2023, 20:32. Yazar: sevinc1 |
Dünya dünən səhəri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə açdı. “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi. Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün hadisə baş verən andan müxtəlif feyk xəbərlər və açıqlamalar yayaraq, hadisənin mahiyyətini təhrif etməyə çalışır. Lakin bütün bunlar yalandır, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür. İranın hadisənin mahiyyətini təhrif etmək üçün yaydığı daha bir yalan isə guya hücumun erməni kimlikli şəxs tərəfindən edilməsi ilə bağlıdır. Yasin Hüseynzadə İran vətəndaşıdır. Ad və soyadı da erməni kökənli olmadığını göstərir. İran hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Uzaq 1829-cu il yanvarın 30-da tehranlılar Çar Rusiyasının İrandakı səfirliyinə hücum edib, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazakı qətlə yetirmişdilər. Qriboyedovun meyiti tanınmaz hala salınmışdı. 1979-cu ildə İranda özlərini "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb, onları 444 gün girov saxlayıb. 2011-ci ildə yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib, səfirliyin binasının ələ keçirib, pəncərələri sındırıb, səfirliyi talan edib. Növbəti oxşar hadisə isə 2016-cı ildə baş verib. İranda radikal kütlə tərəfindən Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun binaları yandırılıb. Bütün bunların ardınca Azərbaycan səfirliyinə silahlı hücum onu deməyə əsas verir ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, terrorçunun qorunması, terrorun mahiyyətinin təhrif edilməsi üçün bir-birinin ardınca yalan məlumatlar və açıqlamalar yayan İranın bu xain hücumu obyektiv araşdırmayacağını bəri başdan əminliklə söyləmək olar. Beynəlxalq konvensiyaya uyğun olaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur. Hadisə nəticəsində səfirliyin mühafizəsini təmin edərkən həlak olan Orxan Əsgərovun ailəsinə baş sağlığı verir, yaralı soydaşlarımıza şəfa diləyirik. Mayil Əliyev, YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |