Ana Sayfa > Özəl > Xəzər rayonunda 26 Yanvar - 2 Fevral Gənclər Həftəsinə həsr olunmuş "Komanda quruculuğu və şəxsi inkişaf" mövzusunda təlim keçirilib

Xəzər rayonunda 26 Yanvar - 2 Fevral Gənclər Həftəsinə həsr olunmuş "Komanda quruculuğu və şəxsi inkişaf" mövzusunda təlim keçirilib


28-01-2023, 19:28. Yazar: sevinc1
Xəzər rayonunda 26 Yanvar - 2 Fevral Gənclər Həftəsinə həsr olunmuş "Komanda quruculuğu və şəxsi inkişaf" mövzusunda təlim keçirilib

Yanvarın 26-da Xəzər Rayon Gənclər və İdman İdarəsi və "Xəzər Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində rəssam-təlimçi Ümüd Həsənlinin təqdimatında gənclərin komanda quruculuğu və şəxsi inkişafı mövzusunda təlim təşkil edilib.

aia.az xəbər verir ki, təlim çərçivəsində gənclərin komanda quruculuğu, şəxsi və fərdi inkişafı, karyera planlaması mövzusunda məlumat verilib. Təlim müddətində təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında praktiki təqdimatlar həyata keçirilib.

Təlimin sonunda təlim iştirakçılarına Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.


Geri dön