Ana Sayfa > Ölkə > FHN: Ötən gün iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

FHN: Ötən gün iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib


28-01-2023, 11:59. Yazar: sevinc1
FHN: Ötən gün iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyi 25 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

aia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Suraxanı və Yasamal rayonlarında bağlı qapı arxasında aşkar olunan 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Geri dön