Ana Sayfa > Özəl > Bütün dünya bu terror aktına cavabdeh olan İran dövlətini qınamalıdır
Bütün dünya bu terror aktına cavabdeh olan İran dövlətini qınamalıdır27-01-2023, 17:52. Yazar: sevinc1 |
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib. Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.Tehran hakimiyyəti münasibətləri danışıq yolu ilə həll etməkdə aciz qaldığı üçün səfirliyə qarşı terror törətməyə üstünlük verib. Bu, onun şakəridir. Öz vətəndaşlarının dinc aksiyalarını sakit, dialoq yolu ilə həll etməkdənsə, onlara SEPAH və başqa güc strukturları vasitəsi ilə hücum təşkil edir.İran tərəfi Azərbaycan səfirliyinin təhlükəsizliyini zəif təşkil edib. Hadisə baş verən zaman həmin ərazidə İran polisi ya olmayıb, ya da polis terrorun qarşısını almaq üçün cəhd göstərməyib. Hər iki halda hadisənin arxasında İran dövlətinin olduğu görünür. Bütün dünya bu terror aktına cavabdeh olan İran dövlətini qınamalıdır. Bu cür terror aktlarının İranda fəaliyyət göstərən bütün xarici ölkələrin diplomatik nümayəndəliklərinə də qarşı törədilməsi istisna edilmir. Ona görə ki, bu tipli terror aktları birbaşa İran dövlətinin ən yüksək nümayəndələrinin sifarişi ilə həyata keçirilir. Belə olamasaydı niyə həmin terroru törədən şəxs rahat şəkildə səfirliyin binasına daxil ola bilir və məlum faciəyə səbəb olur?! Hər kəsə məlumdur ki, Vyana Konvensiyasına görə bütün dövlətlər ölkələrində olan diplomatik korpusların təhlükəsizliyinə cavabdehdir. Bunun isə qeyd etdiyimiz kimi qeyri-peşəkarlıqdan irəli gəlməsi ilə yanaşı həm də bu terror aktının məhz İran dövlətinin təşkil etməsini dolayısı ilə bəyan etməsidir! Ancaq İran dövləti bir məsələni unutmamalıdır ki, Azərbaycan dövləti və dünyada olan əlli milyondan artır soydaşımız bu terror aktının hesabını həm İran dövlətindən həm də bu terroru təşkil edənlərdən çox ciddi şəkildə tələb edəcək. Cənab Prezident İlham Əliyevin terror aktı ilə bağlı etmiş olduğu paylaşım hesab edirəm ki, bu terror aktını təşkil edənləri bir daha düşündürməlidir! Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı aia.az Geri dön |