Ana Sayfa > Özəl > İranın özbaşınalıqlarına son qoyulmalıdır !

İranın özbaşınalıqlarına son qoyulmalıdır !


27-01-2023, 17:42. Yazar: sevinc1
İranın özbaşınalıqlarına son qoyulmalıdır !

Bir vətəndaş olaraq, bu gün Azərbaycanın İranın paytaxtı Tehran şəhərindəki səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyir və öz etirazımı bildirirəm. Artıq bu vəhşi , çirkin ,Molla rejimi tərəfindən son dərəcə amansızlıqla idarə olunan İran dövləti öz azğınlığı, özbaşınalığı ilə bir çox dünya dövlətlərinin nifrətini qazanıb. İnsan haqlarının tapdalandığı bu qapalı dövlətdə hər gün dinc əhaliyə qarşı zor tətbiq edilir , hətta gənclərin edamı həyata keçirilir.
Torpaqlarımızın 30 ilə yaxın erməni işğalında qalmasına öz qardaş dəstəyini verən İran , sanki bir müsəlman , islam dövləti olduğunu yadından çıxarmışdı. Azərbaycanı sözdə özünə qardaş hesab edən bu şərəfsiz qonşularımız , işğalda olan torpaqlarımızda da öz mənfur niyyətlərini həyata keçirməkdən çəkinməmişlər. Həmin torpaqlarda qalan bütün əmlakların sökülüb talanmasında, qızıl yataqları və digər sərvətlərimizin mənimsənilərək daşınmasında ermənilərə yardımçı olmuşlar.
Təbii ki, onlar Qarabağda vandalizmlə məşğul olan , qəbirlərimizi dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilərlə həmrəylik nümayiş etdirməklə, islamdan xəbərsiz olduqlarını və həmin məscidlərdə saxlanılan donuzlardan fərqlənmədiklərini sübut etdilər. Çünki, ən azından özünü İslam dövləti adlandıran bu mənşəyi bilinməyən dövlət , heç olmasa İslami dəyərlərə üstünlük verməli və məscidlərin dağıdılmasına , qəbirlərin sökülməsinə öz etirazını bildirməli idi.
Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın azərbaycanlıya heç bir azadlıq verməyən , hətta onların öz ana dilində yazıb-oxumasına qadağa qoyan şərəfsiz Molla rejimi, 300 minə yaxın erməniyə isə öz dilində məktəblərini açmasına icazə verir.
İranın din xadimlərinin, molla rejiminin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamçılığa zidd olan əməldir. Son zamanlar biz televiziya verilişlərində yalnız açıq təxribatlar və gücə təhrik tonunda danışan İran İslam Respublikasının Azərbaycan sərhədinə qoşun yığaraq, hərbi təlim keçmək adı ilə ölkəmizə hədə-qorxu gəlməsini demək olar ki, hər gün eşidirik.
Təbii ki, bütün bu kimi hadisələri onların Azərbaycanın 44 günlük müharibədəki qələbəsini və günü-gündən iqtisadi inkişafını həzm edə bilməməsi ilə izah etmək olar.
Bu gün səfirliyimizə edilən silahlı hücum hadisəsinin televiziya kanallarınada nümayişi zamanı İranın dırnaqarası mühafizəçi missiyasını həyata keçirən polisinin xidməti vəzifəsindən sui istifadə edərək, terrorçuya qarşı laqeydçilik nümayiş etdirdiyini gördük. İran polisinin bu hərəkətlərinə aydınlıq gətirilməsini və onun cəzalandırılmasını tələb edirik.

Sonda terror aktı nəticəsində şəhid olan , səfirliyimizin mühafizə xidmətinin rəhbəri , baş leytenant Orxan Əsgərova Allahdan rəhmət diləyir, onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini

Geri dön