Ana Sayfa > Özəl > AZƏRBAYCAN SƏFİRLİYİNƏ QARŞI TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ İRAN MƏSULİYYƏT DAŞIYIR
AZƏRBAYCAN SƏFİRLİYİNƏ QARŞI TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ İRAN MƏSULİYYƏT DAŞIYIR27-01-2023, 16:32. Yazar: sevinc1 |
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qəbuledilməzdir. Hadisənin səbəbləri obyektiv şəkildə araşdırılması və bu cinayəti törədən, cinayətin sifarişçiləri layiqli cəzalarını almalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də artıq hadisəyə münasibət bildirib. dövlətimizin başçısının dediyi kimi, bu hadisə terror aktıdır. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu isə qəbulolunmazdır. Onun sözlərinə görə, beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünən odur ki, rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına görə İran dövləti də məsuliyyət daşıyır. Son zamanlar İranın ölkəmizə qarşı mövqeyi ortadadır: “Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərini güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”. 1961-ci ildə Diplomatik münasibətlər haqqında qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia edirlər. Amma bu, onları məsuliyyətdən azad etmək üçün yetərli arqument deyil. Bundan əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsini artırmalı idi. Bu irad və ittiham həm İrana bağlı qruplar tərəfindən Londonda, həm də ermənilərin törətdiyi Paris və Beyrut hadisələrinə aiddir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərinə dəstək olaraq baş verən terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir! Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü aia.az Geri dön |