Ana Sayfa > Siyasət > "Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik" -

"Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik" -


27-01-2023, 15:45. Yazar: sevinc1
"Səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edirik" -

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

aia.az-ın məlumatına görə, spiker bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edib.

“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik", - deyə spiker qeyd edib.

Sahibə Qafarova hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

aia.az
Geri dön