Ana Sayfa > Özəl > Məsuliyyətdən yayınma cəhdi İrana başucalığı gətirməyəcəkdir

Məsuliyyətdən yayınma cəhdi İrana başucalığı gətirməyəcəkdir


27-01-2023, 14:59. Yazar: sevinc1
Məsuliyyətdən yayınma cəhdi İrana başucalığı gətirməyəcəkdir

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın, 1 nəfər təhlküəsizlik əməkdaşının şəhid edilməsi, 2 nəfərin ağır yaralanması birmənalı şəkildə terror hadisəsidir.
Azərbaycanın Prezidenti cənab İlham Əliyevin indiki mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti İranı və onunla eyni mövqedə olan bir sıra dövlətləri çoxdan narahat edir. Azərbaycanın qazandığı nailiyyətlərdən çox ciddi şəkildə narahat olan, üzdə dostluqdan dəm vuran, əslində isə hər an bizə qarşı hədə, şantaj mövqeyində olanlar terrora yaşıl işıq yandırmaqla əsil simalarını büruzə vermiş oldular.
Ermənilərin terrorçu mahiyyəti dünyaya məlum olan bir hadisədir. Lakin sözdə islam dövləti olan İranın öz müsəlman qardaşlarının qanının axıdılmasına rəvac verməsi onsuz da terror dövləti imicinə daha bir xal əlavə etmiş oldu.
Ən acınacaqlısı isə odur ki. İran dövlət orqanları hadisənin əsil mahiyyətini gizlətməyə cəhd edir. Tehranın polis rəisinin bu boyda terror hadisəsini az qala ailə-məişət zəminində baş vermiş insident kimi xarakterizə etməsi hiddət doğurur. Əslində isə Azərbaycanın getrdikcə artan siyasi nüfuzunu, inkişafını həzm edə bilməyən, Ermənistanı özünün az qala qan qardaşı eləan edən İranın belə bir əmələ əl atacağı gözlənilən idi. Uzun müddətdir ki, belə bir mövqedə olan fars-molla rejimi məsələnin mahiyyətini gizlətmək üçün erməni kartından istifadə etməklə əl atdığı bu şərəfsiz hərəkətə görə məsuliyyət daşıyır. Hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkədə beə bir olayın baş verməsi onu götərir ki, hadisədən İran dövləti xəbərdardır və ən azından bu işdə bilavsitə barmağı var.
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni İran bu canini ya məhkum etməlidir, ya da məhkum etmək üçün Azərbaycan Respublikasına təhvil verməlidir.
Beynəlxalq hüquqa görə Səfirlik ərazisi Azərbaycan ərazisi hesab edildiyindən İran terrorçunu Azərbaycana verməyə borcludur. Lakin, görünən odur ki, İran buna getməyəcək, terrorçunu müdafiə edəcəkdir. Bunu polis rəisinin tez-tələsik verdiyi bəyanat da sübut edir.
Hər bir halda İranın bu cür mövqeyi onu məsuliyyətdən kənarda qoymur. Ən azından ona görə ki, diplomatik korpusların təhlükəsizliyini yüksək səviyyədə təmin etmək hər bir dövlətin, o cümlədən İran İslam Respublikasının vəzifəsidir. Azərbaycan dövləti İranın ölkəmizdəki səfirliyinin mühafizəsini lazımi səviyyədə təmin edir və rəsmi Tehranın da borcudur ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini qorusun. Amma baş verən cinayət və bu cinayət hadisəsinə verilən ilkin qiymət bunun əksini göstərir.
Lakin İran da, onun dəstəklədiyi, şirnikləndirdiyi qüvvələrə də başa düşməlidirlər ki, bu vicdansız, ölçüyə və əndazəyə sığmayan hərəkətləri ilə Azərbaycanın qarşısnı kəsə bilməyəcəklər, Əksinə özlərinə qarşı nifrət hissini bir qədər də artırmış olacaqlar.
Terrorçunun kimliyindən, milliyyətindən asılı olmayaraq b bu hadisə Azərbaycana qarşı terror hücumudur. Ona görə də İran baş verən hadisənin mahiyyətini malalamaqdansa hadisəyə dəqiq və məntiqli izahat verməlidir. Məsuliyyətdən yayınma cəhdi İrana başucalığı gətirməyəcəkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Geri dön