Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır”
Səttar Möhbalıyev: “Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır”27-01-2023, 14:09. Yazar: sevinc1 |
“Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum birmənalı şəkildə vəhşi terror aktıdır, məsuliyyətli tərəflər mütləq ifşa olunmalı və cəzalandırılmalıdır. 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Baş verən hadisənin görüntülərindən də aydın olur ki, İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini ya zəif təşkil edib, ya da, ümumiyyətlə, beynəlxalq hüquqla üzərinə düşən öhdəliklərə məhəl qoymayıb. Məlumdur ki, belə oxşar hadisələr İran tarixində daha çox baş verir və təşkil olunur”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycana, onun xalqına, Güneydə yaşan soydaşlarımıza, həmçinin sivil dünyaya qarşı törədilmiş xain hücumdur və mütləq beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qınanılmalı və tədbir görülməlidir: “Səfirliyin yerləşdiyi ölkə olaraq İran bilavasitə məsuliyyət daşıyır və Azərbaycan tərəfinə rəsmi cavab verməlidir. Hazırda terror aktının izini itirmək üçün müxtəlif bəhanələrə əl atılır, hadisəyə məişət donu geyindirməyə çalışırlar. Amma bu faciə, qanlı hadisə dəqiq araşdırılmalı, motivləri obyeyktiv açıqlanmalıdır”. Geri dön |