Ana Sayfa > Özəl / Təhsil > Mingəçevirdə məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi keçirilib
Mingəçevirdə məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi keçirilib26-01-2023, 19:28. Yazar: sevinc1 |
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan direktorların biliyinin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsindən aia.az-a bildiriblər ki, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki-humanitar liseydə təşkil olunan imtahanda 300 məktəb direktoru iştirak edib. İmtahan zamanı məktəb direktorlarına 90 dəqiqə müddətində təhsil və əmək qanunvericiliyi üzrə 40 sual təqdim olunub. Diaqnostik qiymətləndirmənin məqsədi məktəb direktorlarının bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, həmçinin qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilmələridir. Qurumdan onu da bildiriblər ki, yaxın günlərdə ümumi təhsil müəssisələrində çalışan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinlərinin, eləcə də məktəbəqədər təhsil müəssisələri müdirlərinin də biliyinin diaqnostik qiymətləndirilməsi imtahanın keçirilməsi nəzərdə tutulur. Azər Tağızadə Geri dön |