Ana Sayfa > Ölkə > İrandan gətirilən 71 ton kartofda zərərli orqanizm aşkarlandı
İrandan gətirilən 71 ton kartofda zərərli orqanizm aşkarlandı26-01-2023, 17:32. Yazar: sevinc1 |
Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub. Bu barədə aia.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri zamanı fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: “Ralstonia solanacearum (Smith) Yabuuchi et al”) aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 71 100 kiloqram ərzaqlıq kartof məhv edilib. aia.az Geri dön |