Ana Sayfa > İqtisadiyyat / Özəl > “Gəncə Avtomobil Zavodu”nda əmtəəlik məhsul istehsalı artıb

“Gəncə Avtomobil Zavodu”nda əmtəəlik məhsul istehsalı artıb


26-01-2023, 13:38. Yazar: sevinc1
“Gəncə Avtomobil Zavodu”nda əmtəəlik məhsul istehsalı artıb

“Gəncə Avtomobil zavodu” İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
Müəssisənin mətbuat xidmətindən verilən məlumata görə, ötən il 588 ədəd müxtəlif modeldə traktor, 140 “URAL” markalı, 255 ədəd “KamAZ” markalı yük avtomobilləri istehsal edilib.
Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib. Hazırda müəssisədə yığım xətlərində işlər davam etdirilir.
2022-ci ildə “Gəncə Avtomobil Zavodu” İB-də orta aylıq əmək haqqı 144.8 manat artaraq 737 manat, işçilərin sayı isə 12 nəfər artaraq 507 nəfər təşkil edib.

Azər Tağızadə
Geri dön