Ana Sayfa > İdman > İki boksçumuz çempionluğun bir addımlığında

İki boksçumuz çempionluğun bir addımlığında


25-06-2016, 09:17. Yazar: admin
İki boksçumuz çempionluğun bir addımlığında






Bu gün Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinə yekun vurulacaq.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, 2 çəki dərəcəsində həlledici döyüşə Azərbaycan yığmasının boksçuları da çıxacaqlar.

49 kq
Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşacaq. Hər iki boksçu olimpiya lisenziyasını təmin etdiyindən, bu görüş formal xarakter daşıyır. Lakin həmyerlimiz doğma divarlar arasında rinqə çıxacağından, yarışı çempion kimi başa vurmaq arzusundadır.

81 kq
Son 2 görüşü döyüşmədən keçirən Teymur Məmmədov finalda almaniyalı Serge Mixellə üz-üzə gələcək. Rioda Azərbaycan yığmasının bayraqdarı olacaq yeganə namizəd yarışda da himnimizi səsləndirməyi hədəfləyib.

Qeyd edək ki, kişilərdən ibarət boks yığmamız artıq 9 lisenziyanı rəsmiləşdirib. Lakin Olimpiadaya tam heyətlə yollanmağımız da istisna deyil. Bunun üçün 75 kq çəki dərəcəsində təmsilçimiz Kamran Şahsuvarlının 1/4 finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməlidir. Çünki bu çəki dərəcəsində ilk beşlik Rioya vəsiqə qazanır.


aia.az
Geri dön