Ana Sayfa > Ölkə > Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanıldı

Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanıldı


25-01-2023, 09:52. Yazar: sevinc1
Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanıldı

Balakən rayonunun Talalar kəndi ərazisində ağcaqayın və akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini Osman Sonalov saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

aia.az
Geri dön